Çexiya və Cənubi Afrika milliləri dünya çempionatında heç-heçə ediblər

Çexiya və Cənubi Afrika milliləri dünya çempionatında heç-heçə ediblər

DÜNYA
184

Fins.az - 2026-cı il futbol üzrə dünya çempionatının qrup mərhələsinin ikinci turunda Çexiya və Cənubi Afrika Respublikası milliləri 1:1 hesablı heç-heçə edib.

Atlantada keçirilən qarşılaşmada hesabı oyunun 6-cı dəqiqəsində çexiyalı futbolçu Mixal Sadilek açıb.

Cənubi Afrika yığmasının futbolçusu Teboho Mokoena isə 83-cü dəqiqədə penaltini dəqiq yerinə yetirərək hesabı bərabərləşdirib.

İki turdan sonra hər iki komandanın aktivində 1 xal var. Çexiya qrupda üçüncü, Cənubi Afrika isə dördüncü pillədə qərarlaşıb.

OXŞAR XƏBƏRLƏR

Yüklənir...
Xəbər lenti
Yüklənir...
Çexiya və Cənubi Afrika milliləri dünya çempionatında heç-heçə ediblər — Fins.az — Fins.az