
Çexiya ilə ABŞ 1,4 mlrd kubmetr qazın illik rezervini razılaşdırıb
Fins.az - Çexiya Respublikası ABŞ terminalarında illik 1,4 milyard kubmetr təbii qazın rezervləşdirilməsi üzrə ilkin razılaşma əldə edib. Bu barədə Çexiyanın Baş nazirinin birinci müavini və Sənaye və Ticarət Naziri Karel Havliçek ABŞ səfərinin yekununda bildirib.
Nazirin sözlərinə görə, razılaşmanın əsas məqsədi enerji mənbələrini şaxələndirmək və ölkənin enerji müstəqilliyini artırmaqdır. Müqavilə uzunmüddətli çərçivədə nəzərdə tutulur və Çexiyanın enerji təminatında strateji əhəmiyyət daşıyır.