Cənubi Koreya 500 min PUA operatoru hazırlayacaq

Cənubi Koreya 500 min PUA operatoru hazırlayacaq

DÜNYA
142

Fins.az - Cənubi Koreya Şimali Koreyadan qaynaqlanan təhlükələrə qarşı pilotsuz uçuş aparatları (PUA) və dron əleyhinə qüvvələrin imkanlarını əhəmiyyətli dərəcədə genişləndirməyi planlaşdırır.

Cənubi Koreya Müdafiə Nazirliyinin açıqladığı plana əsasən, 2029-cu ilədək 500 min PUA operatoruna təlim keçiriləcək.

Bununla yanaşı, quru qoşunları, hərbi dəniz qüvvələri, hərbi hava qüvvələri və dəniz piyadaları üçün təxminən 110 min pilotsuz uçuş aparatının istehsalı nəzərdə tutulur.

Məlumata görə, proqram ölkənin müasir texnologiyalara əsaslanan müdafiə qabiliyyətinin gücləndirilməsinə və pilotsuz sistemlərin silahlı qüvvələrdə tətbiqinin genişləndirilməsinə xidmət edəcək.

OXŞAR XƏBƏRLƏR

Yüklənir...
Xəbər lenti
Yüklənir...
Cənubi Koreya 500 min PUA operatoru hazırlayacaq — Fins.az — Fins.az