
Buryatiyada mədəndə uçqun: 6 fəhlə dağıntılar altında qalıb
Fins.az - Rusiyanın Buryatiya bölgəsində yerləşən “İrokinda” mədənində uçqun baş verib və nəticədə 6 fəhlənin dağıntılar altında qaldığı bildirilir.
Məlumata görə, hadisə zamanı ümumilikdə 9 nəfər xidmət yolunun təmizlənməsi ilə məşğul olub. Onlardan 3 nəfər öz gücü ilə xilas ola bilib.
Əraziyə Rusiya Fövqəladə Hallar Nazirliyinin xilasediciləri cəlb olunub və əməliyyat üçün Mi-8 helikopteri də göndərilib.
Hadisə ilə bağlı cinayət işi açılıb, araşdırmalar davam edir.