
Burkina-Faso Fransa ilə diplomatik münasibətləri kəsib
Fins.az - Burkina-Faso Fransa ilə diplomatik münasibətləri rəsmi olaraq dayandırdığını elan edib.
Rəsmi bəyanatda bildirilir ki, bu qərar Fransanın Burkina-Fasonun milli maraqlarına zidd hesab edilən addımları ilə əlaqədar qəbul olunub.
Sənəddə qeyd olunur ki, diplomatik münasibətlərin kəsilməsi barədə qərar dərhal qüvvəyə minib.
Hələlik Fransa tərəfi məsələ ilə bağlı rəsmi açıqlama verməyib.