Bu ölkədə sosial şəbəkələr bağlanıb

Bu ölkədə sosial şəbəkələr bağlanıb

DÜNYA
662

Pakistan hökuməti ölkədəki təhlükəsizlik məqsədi ilə sosial şəbəkələrinin fəaliyyətini müvəqqəti olaraq dayandırıb.

Daxili İşlər Nazirliyi saat 11:00-dan gündüz saat 3:00-dək tvitter, feysbuk, vatsap, yutub və teleqram kimi sosial media platformlarının fəaliyyətini dayandırmaq barədə Telekommunikasiya İdarəsinə (PTA) göstəriş verib. Bununla bağlı PTA-nın açıqlamasında göstərilir: “İctimai asayiş və təhlükəsizliyini təmin etmək məqsədilə bir sıra sosial media tətbiqlərinə giriş müvəqqəti olaraq məhdudlaşdırılır”.

Bu addım ölkədə ötən gün əks-terrorçuluq qanunu ilə qadağan edilmiş “Təhriki Ləbbeyk Pakistan” (Tehreek-i-Labbaik Pakistan – TLP) adlı təşkilatın üzvləri tərəfindən son günlər törədilən iğtişaşlarla bağlı atılıb. TLP-nin həbs edilmiş rəhbəri Səəd Rizvi hökumət nümayəndələri vasitəsilə yaydığı məktubunda tərəfdarlarını qanunlara əməl etməyə, yolları bağlamamağa, hüquq mühafizə qurumları ilə əməkdaşlığa çağırıb.

OXŞAR XƏBƏRLƏR

Yüklənir...
Xəbər lenti
Yüklənir...
Bu ölkədə sosial şəbəkələr bağlanıb — Fins.az — Fins.az