Bu ölkədə inflyasiya artıb

Bu ölkədə inflyasiya artıb

DÜNYA
1,060

Fins.az Argentina Milli Statistika İnstitutunun məlumatına əsasən xəbər verir ki, cari ilin birinci yarısında ölkədə qiymətlər 25,3 faiz bahalaşıb.

İnstitutun hesabatında deyilir: “İstehlakçı qiymətlərinin ümumi indeksi 2021-ci ilin iyun ayında 3,2 faiz, ilk altı ayda inflyasiya 25,3 faiz olub”. Qiymətlər ən çox rabitə sahəsində artıb – 7 faiz. Qida məhsullarının dəyəri 3,2 faiz yüksəlib.

Qeyd edək ki, Argentina bir neçə ildir iqtisadi artım tempini bərpa edə bilmir və ən yüksək inflyasiya olan ölkələr sırasındadır. 2020-ci ilin sonunda bu rəqəm 36,1, 2019-cu ildə 53,8, 2018-ci ildə isə 47,6 faiz təşkil edib. Məlumatı TASS yayıb

OXŞAR XƏBƏRLƏR

Yüklənir...
Xəbər lenti
Yüklənir...
Bu ölkədə inflyasiya artıb — Fins.az — Fins.az