BTS American Music Awards 2026 mərasiminin əsas qalibi olub

BTS American Music Awards 2026 mərasiminin əsas qalibi olub

DÜNYA
515

Fins.az - BTS American Music Awards 2026 musiqi mükafatının əsas qalibi olub.

Mükafatlandırma mərasimi Las Veqas şəhərində yerləşən MGM Grand Garden Arena-da keçirilib. Tədbirin aparıcısı müğənni və aktrisa Queen Latifah olub.

Mərasim BTS qrupunun əvvəlcədən yazılmış konsert çıxışı ilə açılıb. Daha sonra kollektiv dörd ildən sonra ilk dəfə American Music Awards səhnəsinə çıxaraq üç mükafat qazanıb.

Qrup “İlin artisti” əsas mükafatına layiq görülüb. Bundan əlavə, Billboard Hot 100 siyahısında lider olan “Swim” mahnısına görə “Yayın mahnısı” nominasiyasında qalib gəlib.

BTS həmçinin “Ən yaxşı kişi K-pop ifaçısı” nominasiyasında da mükafat qazanıb.

OXŞAR XƏBƏRLƏR

Yüklənir...
Xəbər lenti
Yüklənir...
BTS American Music Awards 2026 mərasiminin əsas qalibi olub — Fins.az — Fins.az