Britaniya XİN rəhbəri qalmaqal fonunda səfərini yarımçıq dayandıracaq

Britaniya XİN rəhbəri qalmaqal fonunda səfərini yarımçıq dayandıracaq

DÜNYA
282

Fins.az - Böyük Britaniyanın xarici işlər naziri İvett Kuper Londonda yaranmış siyasi qalmaqal fonunda diplomatik səfərini vaxtından əvvəl başa vuracaq.

Məlumata görə, səfərin əsas məqsədi İranla bağlı münaqişə fonunda atəşkəsin davamlılığını təmin etmək və Hörmüz boğazı ətrafında beynəlxalq konsensus formalaşdırmaq idi.

Bununla yanaşı, Xarici İşlər Nazirliyi Böyük Britaniyanın ABŞ-dakı səfiri vəzifəsinə Piter Mandelsonun təyinatı ilə bağlı yaranmış mübahisənin mərkəzindədir. Bildirilir ki, bu qərar ilkin tövsiyələr nəzərə alınmadan qəbul edilib və müxalifətin sərt tənqidinə səbəb olub.

Məsələ Baş nazir Kir Starmerə qarşı istefa çağırışlarını da gücləndirib. Starmer isə bildirib ki, təhlükəsizlik yoxlaması ilə bağlı ilkin tövsiyədən xəbərsiz olub və bu barədə Parlamentdə açıqlama verəcək.

OXŞAR XƏBƏRLƏR

Yüklənir...
Xəbər lenti
Yüklənir...
Britaniya XİN rəhbəri qalmaqal fonunda səfərini yarımçıq dayandıracaq — Fins.az — Fins.az