Britaniya miqrant qayıqlarını Fransaya qaytarmayacaq

Britaniya miqrant qayıqlarını Fransaya qaytarmayacaq

DÜNYA
239

Britaniya Fransadan La-Manş boğazı vasitəsilə Britaniyaya keçmək istəyən miqrant qayıqlarına müdaxilə edərək onları Fransaya qaytarmayacaq. 

Finss.az xəbər verir ki, bu barədə sərhəd təhlükəsizliyi naziri Ancela İql açıqlama verib. O bildirib ki, Böyük Britaniya Fransanın razılığı olmadan qayıqları geri qaytara bilməz: “Əgər miqrantları daşıyan qayıqlarda hər hansı bir hadisə Fransa sularında baş verərsə, onlar Fransaya qaytarılır. Əgər hadisə Britaniya sularında baş verərsə, biz onları Böyük Britaniyada təhlükəsiz yerə gətirəcəyik”, - nazir qeyd edib. O, kiçik qayıqları geri çevirməyin onların batmasına və daha çox miqrantın ölməsinə səbəb ola biləcəyini vurğulayıb.

Kaira Agayeva 

Finss.az

OXŞAR XƏBƏRLƏR

Yüklənir...
Xəbər lenti
Yüklənir...
Britaniya miqrant qayıqlarını Fransaya qaytarmayacaq — Fins.az — Fins.az