Britaniya hökuməti avtomobildən imtina edən sürücülərə mükafat verəcək

Britaniya hökuməti avtomobildən imtina edən sürücülərə mükafat verəcək

DÜNYA
617

Böyük Britaniya hökuməti ətraf mühiti daha çox çirkləndirən avtomobil sahiblərinə ictimai nəqliyyat və ya velosipeddən istifadə edəcəyi təqdirdə 3 min funtadək (4,2 min dollar) ödəniş edəcək.

Bu barədə Böyük Britaniya mətbuatı yazır.

Pilot layihə bu ilin yazında İngiltərənin Koventri şəhərində başlayacaq. Ödənişlər 2016-cı ildə istehsalı dayanmış dizel mühərrikli və 2006-cı ildə istehsalı dayanmış benzin mühərrikli avtomobil sahibləri üçün nəzərdə tutulub.

Layihə ətraf mühitin çirklənməsinin və tıxacların qarşısını almaq məqsədi daşıyır.

OXŞAR XƏBƏRLƏR

Yüklənir...
Xəbər lenti
Yüklənir...
Britaniya hökuməti avtomobildən imtina edən sürücülərə mükafat verəcək — Fins.az — Fins.az