Britaniya funt sterlinq əskinaslarında heyvan təsvirləri yer ala bilər

Britaniya funt sterlinq əskinaslarında heyvan təsvirləri yer ala bilər

DÜNYA
159

Fins.az - İngiltərə Bankı yeni nəsil funt sterlinq əskinaslarında təsvir edilə biləcək heyvanlarla bağlı səsverməyə başlayıb.

Səsverməyə Böyük Britaniya faunasını təmsil edən 18 heyvan daxil edilib. Siyahı məməlilər, quşlar və suda-quruda yaşayanlar, həşəratlar və balıqlar olmaqla üç qrupa bölünüb.

İştirakçılar hər qrup üzrə maksimum iki namizəd seçə bilərlər. Namizədlər arasında arılar, ağacdələnlər, tülkülər və digər heyvan növləri yer alır.

Səsvermə iyulun 3-dək davam edəcək.

İngiltərə Bankı səsvermədə yalnız ölkə daxilində yaşayanları deyil, xaricdə yaşayan Böyük Britaniya vətəndaşlarını da iştirak etməyə dəvət edib.

OXŞAR XƏBƏRLƏR

Yüklənir...
Xəbər lenti
Yüklənir...
Britaniya funt sterlinq əskinaslarında heyvan təsvirləri yer ala bilər — Fins.az — Fins.az