Britaniya daha 4 rusiyalı biznesmenə sanksiya tətbiq etdi

Britaniya daha 4 rusiyalı biznesmenə sanksiya tətbiq etdi

DÜNYA
418

Böyük Britaniya 4 rusiyalı biznesmenə qarşı sanksiya tətbiq edib.

“Fins.az” “İnterfaks”a istinadən xəbər verir ki, sözügedən şəxslər “Evraz” şirkətinin təsisçiləri Aleksandr Abramov və Aleksandr Frolov, eləcə də Tatarıstanın “TAİF” holdinqinin baş direktoru Albert Şiqabutdinov və Tatarıstanın birinci Prezidenti Mintimer Şaymiyevin oğlu, “Tatavtodor” şirkətinin baş direktoru Ayrat Şaymiyevdir. 

Məlumata görə, sanksiya siyahısına salınan rusiyalı biznesmenlərin Britaniyadakı aktivləri dondurulacaq, özlərinə isə ölkəyə giriş qadağan olunacaq. 

Bildirilir ki, sanksiya barədə qərar Rusiyaya iqtisadi təzyiqləri gücləndirmək üçün verilib.

OXŞAR XƏBƏRLƏR

Yüklənir...
Xəbər lenti
Yüklənir...
Britaniya daha 4 rusiyalı biznesmenə sanksiya tətbiq etdi — Fins.az — Fins.az