Braziliyada güclü yağışlar və daşqınlar: ölənlər və yaralananlar var

Braziliyada güclü yağışlar və daşqınlar: ölənlər və yaralananlar var

DÜNYA
395

Fins.az - Braziliyanın şimal-şərqində yerləşən Pernambuku ştatında güclü yağışlar və daşqınlar ciddi fəsadlar törədib.

Məlumata görə, azı 4 nəfər həyatını itirib, onlarla insan isə yaralanıb. Ən ağır vəziyyət ştatın paytaxtı Resifi və ətraf ərazilərdə qeydə alınıb.

Güclü yağıntılar nəticəsində dağlıq bölgələrdə torpaq sürüşmələri baş verib, yaşayış evləri uçub və avtomobil yolları su altında qalıb.

Yerli xəstəxanalar gücləndirilmiş rejimdə işləyir, xilasedicilər isə riskli ərazilərdən əhalinin təxliyəsini davam etdirirlər.

OXŞAR XƏBƏRLƏR

Yüklənir...
Xəbər lenti
Yüklənir...
Braziliyada güclü yağışlar və daşqınlar: ölənlər və yaralananlar var — Fins.az — Fins.az