Braziliya və Mərakeş dünya çempionatına heç-heçə ilə başlayıblar

Braziliya və Mərakeş dünya çempionatına heç-heçə ilə başlayıblar

DÜNYA
116

Fins.az - Braziliya milli futbol komandası ilə Mərakeş milli futbol komandası arasında keçirilən dünya çempionatının ilk tur oyunu 1:1 hesabı ilə başa çatıb.

ABŞ-nin İst-Raterford şəhərində keçirilən görüşdə hesabı 21-ci dəqiqədə Mərakeş yığmasının futbolçusu İsmayıl Saybari açıb.

Braziliya millisi isə 32-ci dəqiqədə Vinisius Juniorun qolu ilə tarazlığı bərpa edib.

Komandalar C qrupunda mübarizə aparırlar. Bu qrupda həmçinin Haiti milli futbol komandası və Şotlandiya milli futbol komandası yer alır.

2026-cı il dünya çempionatı ABŞ, Kanada və Meksikada keçirilir.

OXŞAR XƏBƏRLƏR

Yüklənir...
Xəbər lenti
Yüklənir...
Braziliya və Mərakeş dünya çempionatına heç-heçə ilə başlayıblar — Fins.az — Fins.az