Brandenburqda yerləşən bir şirkət Rusiyadan pul yuyulmasında şübhəli bilinir

Brandenburqda yerləşən bir şirkət Rusiyadan pul yuyulmasında şübhəli bilinir

DÜNYA
679

Associated Press xəbər verir ki, Almaniya Federativ Respublikasındakı müstəntiqlər Rusiya Federasiyasından çirkli pulların yuyulmasında şübhəli bilinən bir şirkətin ofisində axtarış aparıblar.

Əməliyyat Brandenburqda baş tutub. Hüquq-mühafizə orqanları hesab edir ki, şirkətə rəhbərlik edən iş adamı "Rusiyadan gələn insanlardan" təxminən 7 milyon avro alıb və bu pulun yuyulmasında iştirak edib.

Müstəntiqlər iş adamının adını və şirkətin adını açıqlamayıblar.

Associated Press agentliyi xatırladır ki, 2019-cu ildən bəri Almaniya Rusiyadan gələn pulların yuyulmasına qarşı fəal mübarizə aparır.

OXŞAR XƏBƏRLƏR

Yüklənir...
Xəbər lenti
Yüklənir...
Brandenburqda yerləşən bir şirkət Rusiyadan pul yuyulmasında şübhəli bilinir — Fins.az — Fins.az