
“Böyük Kitab” ədəbi mükafatının finalçıları açıqlanıb
Fins.az - Milli “Böyük Kitab” ədəbi mükafatının XXI mövsümünün finalçıları müəyyənləşib. Qısa siyahıya ümumilikdə 15 əsər daxil edilib.
Finalçıların adları XII “Qırmızı Meydan” Kitab Festivalı ərəfəsində elan olunub.
“Bədii ədəbiyyat” nominasiyası üzrə finalçılar arasında Zaxar Prilepinin “Tuma”, Marqarita Simonyanın “Əvvəldə Söz var idi – sonda Rəqəm olacaq”, Mixail Yelizarovun “Yudol”, Sergey Şarqunovun “Popoviç” və Vera Boqdanovanın “Mənə səma səltənəti” romanları yer alıb.
Bundan başqa, Sergey Nosovun “Dostoyevskinin zəngcikləri: dəli ədəbiyyatşünasın qeydləri”, Kolya Andreyevin “Vsklyan”, Anna Lujbinanın “Kruuqa”, Aleksey Kolesnikovun “Bərkitmə ustası” romanları və Yelena Dolqopyatın “Üz cizgiləri” adlı hekayələr toplusu da finala vəsiqə qazanıb.
Mükafatın qalibləri növbəti mərhələdə münsiflər heyətinin qiymətləndirməsi əsasında müəyyən ediləcək.