Böyük Britaniyada II Dünya müharibəsinə aid bomba zərərsizləşdirilib

Böyük Britaniyada II Dünya müharibəsinə aid bomba zərərsizləşdirilib

DÜNYA
503

Fins.az - Böyük Britaniyanın cənub-qərbində yerləşən Plimut şəhərində II Dünya müharibəsi dövrünə aid partlamamış bomba zərərsizləşdirilib.

Aprelin 30-da Sautvey rayonunda aparılan qazıntı işləri zamanı ev sahibi torpaq altında Almaniya istehsalı olan SC250 aviabombasını aşkarlayıb. Təhlükə səbəbindən ətraf ərazilərdə yerləşən təxminən 1200 evin sakinləri təxliyə olunub.

Mütəxəssislər tərəfindən həyata keçirilən əməliyyat nəticəsində sursat nəzarət altında məhv edilib.

Qeyd edək ki, Plimut şəhəri II Dünya müharibəsi zamanı Almaniya tərəfindən dəfələrlə bombardman olunub. Nəticədə şəhər və liman ciddi dağıntılara məruz qalıb, 1174 mülki şəxs həyatını itirib.

OXŞAR XƏBƏRLƏR

Yüklənir...
Xəbər lenti
Yüklənir...
Böyük Britaniyada II Dünya müharibəsinə aid bomba zərərsizləşdirilib — Fins.az — Fins.az