
Böyük Britaniya Rusiya neftinə qarşı sanksiyaları yumşaltmaq niyyətində deyil
Fins.az - Böyük Britaniya Yaxın Şərqdəki münaqişə və Ormuz boğazının bağlanması fonunda Rusiya neftinə qarşı tətbiq olunan sanksiyaları yumşaltmaq niyyətində deyil.
Bunu ölkənin energetika nazirinin müavini Maykl Şanks bildirib. Onun sözlərinə görə, mövcud sanksiyalar qüvvədə qalacaq və Britaniya hakimiyyəti “kölgə donanması” adlandırılan neft daşımalarına qarşı tədbirləri davam etdirəcək.
Şanks qeyd edib ki, Britaniya hökuməti enerji qiymətlərinin artmasının qarşısını almaq üçün addımlar atır və bu istiqamətdə digər Avropa ölkələri ilə əməkdaşlıq edir.
ABŞ Maliyyə Nazirliyinin Xarici Aktivlərə Nəzarət Ofisi isə martın 12-dək gəmilərə yüklənmiş Rusiya nefti və neft məhsullarının satışına 11 aprel 2026-cı ilədək icazə verən ümumi lisenziya təqdim edib. Bu qərar İranın Ormuz boğazından keçən gəmilərə hücum edilə biləcəyi barədə xəbərdarlığından sonra qəbul olunub.