Böyük Britaniya Çaqos arxipelaqının Mavrikiyanın suverenliyinə qaytarılması ilə bağlı saziş imzalayıb.

Böyük Britaniya Çaqos arxipelaqının Mavrikiyanın suverenliyinə qaytarılması ilə bağlı saziş imzalayıb.

DÜNYA
236

Finss.az xəbər verir ki, Böyük Britaniya və Mavrikiy, Hind okeanının mərkəzində yerləşən Çaqos arxipelaqını Mavrikiyanın suverenliyinə qaytarmaq üçün onilliklər boyu davam edən mübahisələrə və beynəlxalq məhkəmə çəkişmələrinə son qoymaq barədə razılığa gəliblər.

Qeyd edildiyi kimi, arxipelaqın ən böyük adasında - Dieqo Qarsiyada yerləşən Britaniya-Amerika birgə hərbi bazası fəaliyyətini davam etdirəcək.

“Böyük Britaniya və Mavrikiy, regional sabitlik və beynəlxalq təhlükəsizliyin açarı olan Dieqo Qarsiyada strateji əhəmiyyətli Böyük Britaniya və ABŞ hərbi bazasını saxlamaq üçün tarixi razılığa gəliblər”, - deyə məlumatda bildirilir.

Yerli media qeyd edir ki, Qərb ölkələri, Hindistan və Çin arasında regionda geosiyasi rəqabətin artması fonunda baza məsələsi danışıqların əsasını təşkil edirdi.

Kaira Agayeva 

Finss.az

OXŞAR XƏBƏRLƏR

Yüklənir...
Xəbər lenti
Yüklənir...
Böyük Britaniya Çaqos arxipelaqının Mavrikiyanın suverenliyinə qaytarılması ilə bağlı saziş imzalayıb. — Fins.az — Fins.az