
Böyük Britaniya ilə Aİ arasında ikinci sammitin tarixi açıqlanıb
Fins.az - Böyük Britaniya ilə Avropa İttifaqı arasında ikinci sammit iyulun 22-də keçiriləcək.
Bu barədə Böyük Britaniyanın Baş naziri Keir Starmer sosial şəbəkə hesabında məlumat verib.
O bildirib ki, Leyboristlər hökuməti münasibətlərin yenidən qurulması və Böyük Britaniyanın Avropanın mərkəzi siyasi proseslərinə daha sıx inteqrasiyası ilə bağlı verdiyi vədləri yerinə yetirir.