Bolşunov Rusiya Kubokunun finalında 15 km məsafədə qalib olub

Bolşunov Rusiya Kubokunun finalında 15 km məsafədə qalib olub

DÜNYA
268

Fins.az - Üçqat olimpiya çempionu Aleksandr Bolşunov Kirovskda keçirilən xizək yarışları üzrə Rusiya Kubokunun final mərhələsində 15 km məsafəyə klassik üslubda fərdi start yarışının qalibi olub.

O, məsafəni 38 dəqiqə 49,8 saniyəyə qət edərək birinci yeri tutub. İkinci yeri 7,9 saniyə geri qalan Sergey Ardaşev, üçüncü yeri isə 42,7 saniyə fərqlə Aleksey Çervotkin tutub.

Qadınların 10 km məsafəyə yarışında isə Alina Pekletsova qalib olub. Onun nəticəsi 29 dəqiqə 6,0 saniyə təşkil edib. İkinci yeri Yelizaveta Maslakova (+22,4 saniyə), üçüncü yeri isə Yekaterina Nikitina (+38,8 saniyə) tutub.

OXŞAR XƏBƏRLƏR

Yüklənir...
Xəbər lenti
Yüklənir...