BMT: Urbanizasiya 70 faizə çatacaq – risklər artır

BMT: Urbanizasiya 70 faizə çatacaq – risklər artır

DÜNYA
282

Dünyanın müxtəlif şəhərləri daşqınlar, torpaq sürüşmələri, yanğınlar və digər təhlükəsizlik çağırışları ilə üzləşməkdə davam edir.

Fins.az xəbər verir ki, bu barədə Ümumdünya Şəhərsalma Forumunun 13-cü sessiyası (WUF13) çərçivəsində keçirilən mətbuat konfransında BMT-nin Məskunlaşma Proqramının (UN-Habitat) icraçı direktoru Anaklaudiya Rossbax bildirib.

O qeyd edib ki, şəhərlər iqlim və təbii fəlakətlərin birbaşa təsir etdiyi “ön cəbhə” bölgələri hesab olunur və bir çox şəhərdə artıq dağıdıcı daşqınlar, sürüşmələr və yanğınlar qeydə alınır.

Anaklaudiya Rossbaxın sözlərinə görə, bəşəriyyət yaxın onilliklərdə urbanizasiya səviyyəsinin təxminən 50 faizdən 70 faizə yüksəlməsi istiqamətində irəliləyir və bu proses iqlim dəyişiklikləri, təbii fəlakətlər və münaqişələrin artması fonunda baş verir.

O vurğulayıb ki, bu çağırışlar fonunda dayanıqlı şəhərlərin formalaşdırılması üçün yeni yanaşmalara və innovativ həllərə ehtiyac artır.

Qeyd edək ki, WUF13-ün üçüncü günü bu gün Bakıda keçirilir. Forum çərçivəsində şəhərsalma, mənzil təminatı və dayanıqlı inkişaf məsələləri müzakirə olunur.

WUF13 182 ölkədən 40 mindən çox iştirakçının qeydiyyatı ilə mayın 22-dək davam edir və qlobal şəhər inkişafı üzrə beynəlxalq əməkdaşlığın gücləndirilməsini hədəfləyir.

OXŞAR XƏBƏRLƏR

Yüklənir...
Xəbər lenti
Yüklənir...
BMT: Urbanizasiya 70 faizə çatacaq – risklər artır — Fins.az — Fins.az