BMT OHCHR Rusiya Federasiyasından Kursk, Belqorod və Bryansk vilayətlərinə giriş tələb edib

BMT OHCHR Rusiya Federasiyasından Kursk, Belqorod və Bryansk vilayətlərinə giriş tələb edib

DÜNYA
374

BMT-nin İnsan Hüquqları üzrə Ali Komissarlığının (OHCHR) İdarəsi Rusiya hakimiyyətinə müraciət edərək, Kursk, Belqorod və Bryansk vilayətlərinə öz əməkdaşlarının daxil olması üçün icazə istəyib. Bu addımın məqsədi həmin ərazilərdə hərbi əməliyyatlar fonunda insan hüquqlarının vəziyyətini qiymətləndirməkdir.

Finss.az-ın məlumatına görə, bunu TASS-a OHCHR-in rəsmi nümayəndəsi Elizabet Trossel bildirib. O deyib: "BMT-nin İnsan Hüquqları Ofisi, nəzarət və mandatımıza uyğun olaraq, Rusiya Federasiyasının hərbi əməliyyatlardan təsirlənmiş ərazilərinə, o cümlədən Belqorod, Bryansk və Kursk vilayətlərinə çıxışı təmin etmək üçün Rusiya hakimiyyətinə sorğu göndərib."

Trossel sonda insan hüquqlarına hörmətin vacibliyini vurğulayıb.

Kaira Agayeva 

Finss.az

OXŞAR XƏBƏRLƏR

Yüklənir...
Xəbər lenti
Yüklənir...
BMT OHCHR Rusiya Federasiyasından Kursk, Belqorod və Bryansk vilayətlərinə giriş tələb edib — Fins.az — Fins.az