
BMT-nin Baş katibi ABŞ-İran atəşkəsinə riayət etməyə çağırıb
Fins.az - BMT-nin Baş katibi Antonio Quterreş ABŞ ilə İran arasında elan olunan ikihəftəlik atəşkəsi alqışlayıb. O, Yaxın Şərqdəki münaqişənin bütün tərəflərini beynəlxalq hüquqa uyğun hərəkət etməyə və regionda davamlı sülhün bərqərar olması üçün atəşkəsə riayət etməyə çağırıb.
Bəyanatda vurğulanır ki, mülki şəxslərin qorunması və onların əzablarının yüngülləşdirilməsi üçün hərbi əməliyyatların dərhal dayandırılması vacibdir. Quterreş, həmçinin atəşkəsin təmin olunmasına töhfə verən Pakistan və digər ölkələrin səylərinə görə təşəkkürünü bildirib.
Yaxın Şərq üzrə Baş katibin şəxsi elçisi Jan Arno isə davamlı sülhün təmin olunması səylərini dəstəkləmək məqsədilə regionda səfərdədir.