Bloomberg: Hindistanın ümumi düyü əkin sahəsi 13% azalıb

Bloomberg: Hindistanın ümumi düyü əkin sahəsi 13% azalıb

DÜNYA
799

Hindistanda düyü əkin sahəsi bu il yağıntıların olmaması səbəbindən 13% azalıb ki, bu da tacirlərin Cənubi Asiya respublikasından ixracının məhdudlaşdırılması ilə bağlı narahatlığına səbəb olub.

"Fins.az" xəbər verir ki,bu barədə çərşənbə günü Bloomberg məlumat yayıb.

Agentliyin məlumatına görə, "Qlobal ərzaq ehtiyatları Hindistanın bəzi bölgələrində yağışın olmaması səbəbindən yeni təhlükə ilə üz-üzədir və bu, əkin sahələrini son üç ildə ən aşağı səviyyəyə endirib.

 Musson mövsümü Hindistanın düyününün dörddə birinin istehsal olunduğu Hindistanın Qərbi Benqal və Uttar Pradeş əyalətlərinə kifayət qədər yağış gətirməyib. "Təcirlər narahatdırlar ki, düyü istehsalının azalması Hindistanın inflyasiya ilə mübarizəsini çətinləşdirəcək və ixraca məhdudiyyətlər qoyacaq. Belə bir addım məhsuldan asılı olan milyardlarla insan üçün geniş nəticələrə səbəb olacaq", - deyə agentlik bildirib.

Dünya düyü ticarətinin 40%-i Hindistanın payına düşür. Ölkə hökuməti daha əvvəl daxili ərzaq təhlükəsizliyini təmin etmək və yerli qiymətlərə nəzarət etmək üçün buğda ixracı ilə bağlı yeni qaydalar tətbiq edib. Bu arada, əvvəllər səlahiyyətlilər xaricə düyü tədarükünü məhdudlaşdırmağı planlaşdırmadıqlarını və ölkənin ixrac üçün ehtiyatlarının olduğunu bildiriblər. 

OXŞAR XƏBƏRLƏR

Yüklənir...
Xəbər lenti
Yüklənir...
Bloomberg: Hindistanın ümumi düyü əkin sahəsi 13% azalıb — Fins.az — Fins.az