
Bivol mayın 30-da almaniyalı Aifertlə döyüşəcək
Fins.az - Yarım ağır çəkidə IBF, WBO və WBA versiyaları üzrə dünya çempionu Dmitri Bivol növbəti döyüşünü almaniyalı boksçu Maykl Aifertə qarşı keçirəcək.
Qarşılaşma RCC Boxing Promotions turniri çərçivəsində mayın 30-da Yekaterinburq şəhərində baş tutacaq. Bu döyüş IBF versiyası üzrə məcburi titul görüşü hesab olunur.
Bivol sosial şəbəkədə azarkeşlərə maraqlı və baxımlı döyüş vəd edib. O bildirib ki, qarşıdakı iki ay ərzində intensiv hazırlıq keçəcək və hər kəsi döyüşdə görməkdən məmnun olacaq.