
Bezos süni intellekt üçün on milyardlarla dollar cəlb edir
Fins.az - Amerikalı milyarder Jeff Bezos-un süni intellekt laboratoriyası yeni maliyyələşmə üzrə danışıqlar aparır.
“Financial Times”ın məlumatına görə, yaradılması planlaşdırılan holdinq şirkəti süni intellekt texnologiyalarının təsir göstərəcəyi müəssisələrə investisiya yatırmaq üçün nəzərdə tutulub və on milyardlarla dollar həcmində vəsait cəlb edə bilər.
Bezosun Project Prometheus adlı təşəbbüsü bir neçə iri suveren sərvət fondu ilə ilkin mərhələdə danışıqlar aparır. Potensial investorlar arasında Abu Dhabi Investment Authority də var. Bundan əlavə, Bezos JPMorgan Chase-in baş icraçı direktoru Jamie Dimon ilə bankın 10 milyard dollarlıq fondu vasitəsilə investisiya imkanlarını müzakirə edib.
Məlumata görə, Prometheus ötən ilin sonunda 6,2 milyard dollar investisiya cəlb edib və şirkət yeni vəsait nəzərə alınmadan təxminən 30 milyard dollar dəyərində qiymətləndirilib. Bezos hazırda şirkətdə həmtəsisçi və həmtəsisçi-icraçı direktor kimi gündəlik əməliyyatlarda aktiv iştirak edir. Rəhbərlikdə həmçinin keçmiş meneceri Vikram Badjaj da yer alır.