
Berlində 30-cu Mədəniyyətlər Karnavalı keçirilir
Fins.az - Berlin şəhərində 30-cu Mədəniyyətlər Karnavalı böyük coşqu ilə davam edir.
Berlin bu günlərdə dünyanın müxtəlif xalqlarının mədəniyyətlərini bir araya gətirən rəngarəng beynəlxalq tədbirə ev sahibliyi edir.
Şəhərin mərkəzi küçələri musiqi, rəqslər və müxtəlif xalqların ənənələri ilə dolub.
Təşkilatçıların məlumatına görə, paradı izləmək üçün təxminən 700 min nəfərdən çox insan küçələrə çıxıb. Ümumilikdə isə karnaval günlərində bir milyona yaxın ziyarətçinin iştirakı gözlənilir.