Bentley elektromobil strategiyasına yenidən baxdığı üçün işçi sayını azaldır

Bentley elektromobil strategiyasına yenidən baxdığı üçün işçi sayını azaldır

DÜNYA
307

Fins.az - Böyük Britaniyanın lüks avtomobil istehsalçısı Bentley elektromobillərə olan tələbat proqnozlarının yenidən qiymətləndirilməsi fonunda işçi sayını azaltmaq qərarı verib. Volkswagen qrupuna daxil olan şirkət “çətin və dəyişkən dövrü” keçmək üçün bu addımı atır.

Şirkətin baş icraçı direktoru Frank-Şteffen Vallizer bildirib ki, Bentley ilk tam elektrik avtomobilini 2027-ci ildə bazara çıxarmağı planlaşdırır. Bununla belə, daxiliyanma mühərriklərindən imtina etməyə hazır olmayan istehlakçıları inandırmaq üçün hələ çox iş görülməlidir.

Planlara əsasən, şirkət 275 iş yerini ixtisar edəcək ki, bu da ümumi heyətin təxminən 6 faizini təşkil edir. Bentley rəhbərliyi avtomobil sənayesinin hazırda ciddi təzyiq altında olduğunu və xərclərin azaldılmasının prioritet olduğunu vurğulayıb.

OXŞAR XƏBƏRLƏR

Yüklənir...
Xəbər lenti
Yüklənir...
Bentley elektromobil strategiyasına yenidən baxdığı üçün işçi sayını azaldır — Fins.az — Fins.az