Benksi Londondakı sirli heykəlin müəllifi olduğunu təsdiqləyib

Benksi Londondakı sirli heykəlin müəllifi olduğunu təsdiqləyib

DÜNYA
376

Fins.az - Məşhur küçə rəssamı Benksi London şəhərində, Voterloo meydanı ərazisində peyda olan sirli heykəlin müəllifi olduğunu təsdiqləyib.

Rəssamın paylaşdığı videoda heykəlin gecə saatlarında quraşdırıldığı görünür. Kompozisiya kostyumlu kişinin postamentdən enməsini təsvir edir, lakin fiqurun üzü bayraqla örtülüb. Heykəlin üzərində “Banksy” imzası da yer alıb.

Səhər saatlarından etibarən abidə turistlərin və yerli sakinlərin diqqətini cəlb edib. O, ərazidə yerləşən VII Eduard və Robert Skott kimi tarixi şəxsiyyətlərin heykəlləri ilə yanaşı yerləşdirilib.

Sosial şəbəkələrdə isə sənət əsərinə münasibət birmənalı olmayıb: bəzi istifadəçilər onu güclü mesaj kimi qiymətləndirsə də, digərləri tənqidi yanaşıb.

OXŞAR XƏBƏRLƏR

Yüklənir...
Xəbər lenti
Yüklənir...
Benksi Londondakı sirli heykəlin müəllifi olduğunu təsdiqləyib — Fins.az — Fins.az