
Belçika NATO sammitində 3,1 milyard avroluq silah alışını elan edə bilər
Fins.az - Belçika iyulun 7–8-də Ankarada keçiriləcək NATO sammiti zamanı 3,1 milyard avro dəyərində hava hücumundan müdafiə sistemlərinin alınmasını elan edə bilər.
“Reuters” agentliyinin mənbələrə istinadən yaydığı məlumata görə, Belçika 10 ədəd NASAMS və 20 ədəd Skyranger hava hücumundan müdafiə sistemi əldə etməyi planlaşdırır.
Bildirilib ki, sövdələşmənin ümumi dəyəri 3,1 milyard avro təşkil edir.
Silah alışının NATO-nun müdafiə imkanlarının gücləndirilməsi və alyans qarşısında götürülən öhdəliklərin yerinə yetirilməsi çərçivəsində həyata keçiriləcəyi gözlənilir.