Belçika 2029-cu ilə qədər Ukraynaya 53 ədəd F-16 verməyi planlaşdırır

Belçika 2029-cu ilə qədər Ukraynaya 53 ədəd F-16 verməyi planlaşdırır

DÜNYA
442

Fins.az - Belçikanın müdafiə naziri Teo Franken 2029-cu ilə qədər Ukraynaya ümumilikdə 53 ədəd F-16 Fighting Falcon qırıcısının təhvil veriləcəyini açıqlayıb.

Məlumata görə, ilk mərhələdə bu ilin sonunadək 7 təyyarənin göndərilməsi planlaşdırılır.

Əvvəlki hökumət Ukraynaya ilk F-16-ların 2024-cü ildə veriləcəyini vəd etsə də, Belçika indiyədək heç bir təyyarəni təhvil verməyib. Gecikmənin əsas səbəbi kimi ölkənin yeni nəsil F-35 Lightning II qırıcılarının çatdırılmasında yaranan ləngimələr göstərilir.

Bu plan Belçikanın Ukraynaya hərbi dəstəyini uzunmüddətli perspektivdə gücləndirmə niyyətini göstərir.

OXŞAR XƏBƏRLƏR

Yüklənir...
Xəbər lenti
Yüklənir...
Belçika 2029-cu ilə qədər Ukraynaya 53 ədəd F-16 verməyi planlaşdırır — Fins.az — Fins.az