BƏƏ-nin OPEC-dən çıxması təşkilatın balansına təsir göstərə bilər

BƏƏ-nin OPEC-dən çıxması təşkilatın balansına təsir göstərə bilər

DÜNYA
372

Fins.az - Birləşmiş Ərəb Əmirliklərinin (BƏƏ) OPEC və OPEC+ koalisiyasından çıxmaq qərarı təşkilat daxilində qüvvələr balansına ciddi təsir göstərə bilər.

Ekspertlərin fikrincə, OPEC-in üçüncü ən böyük neft istehsalçılarından biri olan BƏƏ-nin ayrılması kartelin ümumi istehsal gücünü zəiflədə və qlobal neft bazarına təsir imkanlarını azalda bilər.

BƏƏ uzun illər təşkilat daxilində mühüm rol oynayıb və xüsusilə son dövrlərdə hasilat kvotalarının artırılması mövzusunda daha aktiv mövqe sərgiləyirdi. Onun çıxışı bu istiqamətdə fikir ayrılıqlarının dərinləşdiyini göstərir.

Bu addım həm də OPEC daxilində qərarların qəbul edilməsində yeni balansın formalaşmasına səbəb ola bilər. Analitiklər hesab edir ki, təşkilatın bazardakı təsir gücünün müəyyən qədər zəifləməsi ehtimalı var, xüsusilə də qlobal enerji bazarında rəqabətin artdığı bir dövrdə.

BƏƏ isə bu qərarı özünün uzunmüddətli iqtisadi strategiyasına və dəyişən enerji siyasətinə uyğun addım kimi qiymətləndirir.

OXŞAR XƏBƏRLƏR

Yüklənir...
Xəbər lenti
Yüklənir...
BƏƏ-nin OPEC-dən çıxması təşkilatın balansına təsir göstərə bilər — Fins.az — Fins.az