Baydenin seçki kampaniyasına 1.5 milyard dollar xərclənib

Baydenin seçki kampaniyasına 1.5 milyard dollar xərclənib

DÜNYA
451

ABŞ-ın yeni prezidenti Co Baydenin seçki qərargahı anonim mənbələrdən təbliğat prosesinə rekord məbləğdə vəsait cəlb edə bilib.

Bu barədə “Bloomberg” xəbər verib. Məlumat görə, Baydenin köməkçiləri indiyədək heç kimin toplaya bilmədiyi qədər vəsait, daha dəqiq desək 145 milyon dollar yığmağa müvəffəq olublar.

Müqayisə üçün bildirək ki, Tramp tərəfdarları seçkiöncəsi təbliğat-təşviqat işlərinin həyata keçirilməsi üçün cəmi 28.4 milyon dollar yardım alıblar.

Qeyd edək ki, bütövlükdə hazırki prezidentin seçki kampaniyası üçün 1.5 milyard dollar xərclənib.

Yayılan qeyri-rəsmi xəbərlərə görə, növbəti prezident seçkilərinədək Demokratlar partiyası anonim mənbələrdən ianələrin toplanılması təcrübəsini qadağan etmək istəyir.

OXŞAR XƏBƏRLƏR

Yüklənir...
Xəbər lenti
Yüklənir...
Baydenin seçki kampaniyasına 1.5 milyard dollar xərclənib — Fins.az — Fins.az