Bayden: Tramp covid 19-la bağlı bunu gizlətdi

Bayden: Tramp covid 19-la bağlı bunu gizlətdi

DÜNYA
411

ABŞ Prezidenti Donald Tramp koronavirus təhlükəsi barədə xəbərdar idi, lakin onu cəmiyyətdən gizlədib.
Fins.az xəbər verir ki, bu sözləri ABŞ prezidentliyinə namizəd Co Bayden deyib.

“O, (Tramp) bilirdi. Uzun aylar ərzində hamımıza yalan dedi. Ölümcül xəstəliyin ölkəmizdə hər şeyi silib-süpürdüyü zamanda o, qəsdən öhdəliklərini icra etmədi. Bu, amerikalılara qarşı xəyanət idi”, - deyə Bayden bildirib.

Qeyd edək ki, ABŞ jurnalisti Bob Vudvord yeni kitabında Trampın COVİD-19 virusu ilə bağlı təhlükələri öncədən bildiyini, lakin ictimaiyyətə məlumat vermədiyini bəyan etmişdi. Ağ Ev isə bu iddiaları təkzib etmişdi

OXŞAR XƏBƏRLƏR

Yüklənir...
Xəbər lenti
Yüklənir...
Bayden: Tramp covid 19-la bağlı bunu gizlətdi — Fins.az — Fins.az