Bayden ailəsinin 2020-ci ildəki gəliri açıqlandı

Bayden ailəsinin 2020-ci ildəki gəliri açıqlandı

DÜNYA
388

ABŞ Prezidenti Co Bayden (Joe Biden) və həyat yoldaşı Cil Baydenin (Jill Biden) 2020-ci ildəki gəlirləri 607 min 336 dollar olaraq açıqlanıb. Bayden ailəsi keçən il 157 min 414 dollar federal gəlir vergisi ödəyib. 

Fins.az xəbər verir ki, Prezident seçkisi kampaniyası səbəbilə 2019-cu illə müqayisədə cütlüyün gəlirləri azalıb. Bayden cütlüyü, 2019-cu ildə 944 min 737 dollar gəlir əldə etmiş, 299 min 346 dollar federal gəlir vergisi ödəmişdi.

Bayden və həyat yoldaşı keçən il cəmi gəlirlərinin 5,1%-ini 10 xeyriyyə təşkilatına bağışlayıb.

ABŞ-ın vitse-prezidenti Harris və həyat yoldaşı isə keçən il 1 milyon 695 min 225 min dollar gəlir əldə ediblər. Harris ailəsinin keçən il üçün ödədiyi federal gəlir vergisi isə 621 min 893 dollar olaraq hesablanıb. 

OXŞAR XƏBƏRLƏR

Yüklənir...
Xəbər lenti
Yüklənir...
Bayden ailəsinin 2020-ci ildəki gəliri açıqlandı — Fins.az — Fins.az