Bayden: ABŞ iqtisadiyyatı 1976-cı ildən bəri ilk dəfə Çini keçə bilər

Bayden: ABŞ iqtisadiyyatı 1976-cı ildən bəri ilk dəfə Çini keçə bilər

DÜNYA
1,143

Bu il ABŞ iqtisadiyyatı 1976-cı ildən bəri ilk dəfə olaraq artım baxımından Çini keçə biləcək.

Bu barədə ABŞ prezidenti Co Bayden "Twitter" səhifəsində yazıb.

"Müstəqil ekspertlər bu il ABŞ iqtisadiyyatının Çin iqtisadiyyatından daha sürətli inkişaf edə biləcəyini proqnozlaşdırırlar", - ABŞ liderinin bəyanatında deyilib.

O, aydınlaşdırıb ki, bu, təxminən yarım əsr ərzində - 1976-cı ildən bəri baş verməyib.

Beynəlxalq Valyuta Fondunun (BVF) məlumatlarına əsasən, bu il Çinin ÜDM artımının 3,2 %- ə çatacağı gözlənilir. Eyni zamanda, BVF 2022-ci ilin sonunda Amerika iqtisadiyyatının artımını 1,6 % səviyyəsində proqnozlaşdırır.

OXŞAR XƏBƏRLƏR

Yüklənir...
Xəbər lenti
Yüklənir...
Bayden: ABŞ iqtisadiyyatı 1976-cı ildən bəri ilk dəfə Çini keçə bilər — Fins.az — Fins.az