
Baltik ölkələri Rail Baltica layihəsini 2030-cu ilə qədər başa çatdırmağı planlaşdırır
Fins.az - Baltik ölkələri Rail Baltica dəmir yolu layihəsinin 2030-cu ilə qədər tamamlanmasını planlaşdırır.
Estoniyanın baş naziri Kristen Mixal bildirib ki, layihənin geri dönməz şəkildə irəliləməsi üçün tərəflər razılığa gəlib və əsas hədəf 2030-cu ilə qədər xəttin tamamlanmasıdır.
Onun sözlərinə görə, Rail Baltica sadəcə dəmir yolu deyil, Baltik regionunun Avropa ilə birbaşa bağlantısıdır. Layihənin həm də NATO üzrə müttəfiqlərlə əlaqələri gücləndirəcəyi və alyansın şərq cinahının təminatına töhfə verəcəyi qeyd olunub.