Bakıda bədii gimnastika üzrə Dünya Kuboku start götürüb

Bakıda bədii gimnastika üzrə Dünya Kuboku start götürüb

DÜNYA
399

Fins.az - Bakıda Milli Gimnastika Arenasında bədii gimnastika üzrə Dünya Kuboku başlayıb.

Azərbaycan Gimnastika Federasiyasının məlumatına görə, ölkəmiz artıq 13-cü dəfədir bu mötəbər yarışa ev sahibliyi edir. Turnirdə 42 ölkədən ən güclü gimnastlar iştirak edir.

Bu ilki Dünya Kuboku xüsusi əhəmiyyət daşıyır, belə ki, yarış “Los-Anceles 2028” Yay Olimpiya Oyunlarına təsnifat xarakteri daşıyır.

Üç gün davam edəcək yarışda idmançılar halqa, top, lent və gürzlər üzrə fərdi proqramlarda, həmçinin qrup hərəkətlərində mübarizə aparacaqlar.

İlk iki gün təsnifat mərhələləri keçiriləcək, sonuncu gün isə final yarışları baş tutacaq. Turnir 19 aprel tarixində başa çatacaq. Ən yüksək nəticə göstərən gimnast və komanda “AGF Trophy” mükafatına layiq görüləcək.

OXŞAR XƏBƏRLƏR

Yüklənir...
Xəbər lenti
Yüklənir...
Bakıda bədii gimnastika üzrə Dünya Kuboku start götürüb — Fins.az — Fins.az