Azərbaycandan Türkiyəyə humanitar yardım aparan 2 yük təyyarəsi İncirlik aviabazasına enib

Azərbaycandan Türkiyəyə humanitar yardım aparan 2 yük təyyarəsi İncirlik aviabazasına enib

DÜNYA
637

Azərbaycandan Türkiyədə zərərçəkənlər üçün humanitar yardım aparan 2 yük təyyarəsi Adanadakı İncirlik aviabazasına enib.

Fins.Az xəbər verir ki, bu barədə “TRT Haber” məlumat yayıb.

Bildirilib ki, ilk gündən axtarış-xilasetmə işlərinə də dəstək verən Azərbaycandan göndərilən 2 yük təyyarəsi İncirlik aviabazasına çatıb. Bununla da Azərbaycandan qadaş ölkəyə humanitar yardım aparan təyyarələrin sayı 12-yə yüksəlib.

Məlumata görə, təyyarələrdən birində 1000 qızdırıcı və 891 çadır, o birində isə 14 700 paltar və 759 çadır olduğu öyrənilib.

Humanitar yardım materialları təyyarələrdən boşaldılıb və hava yardımı dəhlizinin yerləşdiyi əraziyə daşınıb.

OXŞAR XƏBƏRLƏR

Yüklənir...
Xəbər lenti
Yüklənir...
Azərbaycandan Türkiyəyə humanitar yardım aparan 2 yük təyyarəsi İncirlik aviabazasına enib — Fins.az — Fins.az