
Azərbaycanda pul bazası apreldə azalıb
Fins.az - Azərbaycanda pul bazası 2026-cı ilin aprel ayında azalma nümayiş etdirib.
Azərbaycan Mərkəzi Bankının məlumatına görə, may ayının əvvəlinə pul bazasının həcmi 23 milyard 311,8 milyon manat təşkil edib ki, bu da aprelin əvvəli ilə müqayisədə 1,9 faiz azdır.
Bununla belə, göstərici ilin əvvəlindən artım nümayiş etdirib. Belə ki, 2025-ci ilin sonu ilə müqayisədə pul bazası 3,75 faiz, ötən ilin eyni dövrü ilə müqayisədə isə 8,4 faiz artıb.