Azərbaycanda pravoslav xristianlar Pasxa bayramını qeyd edirlər

Azərbaycanda pravoslav xristianlar Pasxa bayramını qeyd edirlər

DÜNYA
295

Fins.az - Azərbaycanda pravoslav xristian icması ən önəmli dini bayramlardan biri olan Pasxa bayramını qeyd edir. Şənbə günündən bazar gününə keçən gecə Bakıda və ölkənin digər bölgələrində yerləşən pravoslav kilsələrində bayram ayinləri keçirilib.

Bayram münasibətilə Prezident İlham Əliyev pravoslav icmasına təbrik məktubu ünvanlayıb. Dövlət başçısı ölkədə mövcud olan tolerantlıq mühitinin müxtəlif xalqlar və dinlər arasında harmoniya yaratdığını vurğulayıb.

Məktubda qeyd olunub ki, xristian icması Azərbaycan cəmiyyətinin ictimai-siyasi və mədəni həyatında fəal iştirak edir və ölkənin inkişafına öz töhfəsini verir.

OXŞAR XƏBƏRLƏR

Yüklənir...
Xəbər lenti
Yüklənir...
Azərbaycanda pravoslav xristianlar Pasxa bayramını qeyd edirlər — Fins.az — Fins.az