Azərbaycanda iOS-un mobil cihazlardakı bazar payı bir ayda 27 faiz azalıb

Azərbaycanda iOS-un mobil cihazlardakı bazar payı bir ayda 27 faiz azalıb

DÜNYA
156

Fins.az - 2026-cı ilin iyun ayında Azərbaycanda mobil cihazlarda Android əməliyyat sisteminin bazar payı 84,37 faizə yüksəlib.

Statcounter-in məlumatına görə, bu göstərici may ayı ilə müqayisədə 5,71 faiz bəndi artsa da, ötən ilin eyni dövrü ilə müqayisədə 3,25 faiz bəndi azalıb.

iOS-un mobil cihazlardakı bazar payı isə 15,59 faiz təşkil edib. Bu göstərici aylıq müqayisədə 10,51 faiz bəndi və ya 27 faiz azalıb, illik müqayisədə isə 3,76 faiz bəndi artıb.

Planşet bazarında Android-in payı aylıq müqayisədə 7,03 faiz bəndi, illik müqayisədə isə 10,7 faiz bəndi artaraq 88,53 faizə çatıb. iOS-un planşetlərdəki bazar payı isə 11,37 faiz olub ki, bu da aylıq müqayisədə 6,97 faiz bəndi, illik müqayisədə isə 10,72 faiz bəndi azalma deməkdir.

OXŞAR XƏBƏRLƏR

Yüklənir...
Xəbər lenti
Yüklənir...
Azərbaycanda iOS-un mobil cihazlardakı bazar payı bir ayda 27 faiz azalıb — Fins.az — Fins.az