
Azərbaycan stolüstü tennisçisi Daşkənddə medal qazanıb
Fins.az - Mehin Mirzəbalayeva Özbəkistanın paytaxtı Daşkənddə keçirilən WTT Youth Contender turnirində mükafatçılar sırasında yer alıb.
U-13 kateqoriyasında çıxış edən azərbaycanlı idmançı yarışda üçüncü yeri tutaraq bürünc medal qazanıb.
Məlumata görə, növbəti yarış günündə 11 və 15 yaşadək stolüstü tennisçilər mübarizəyə qoşulacaqlar.
Qeyd edək ki, Azərbaycan milli komandası turnirdə 11 idmançı ilə təmsil olunur. Yarışa mayın 16-da yekun vurulacaq.