
Azərbaycan Rusiyadan birbaşa uçuşların həyata keçirildiyi ölkələr sırasındadır
Fins.az - Azərbaycan Rusiyanın yay mövsümündə birbaşa hava əlaqəsinin saxlandığı ölkələrdən biri olaraq qalır.
Association of Tour Operators of Russianin məlumatına görə, rusiyalı sərnişinlər bu yay yalnız 31-32 ölkəyə birbaşa uçuş edə biləcəklər. Bu göstərici qış mövsümü ilə müqayisədə təxminən 25 faiz azdır.
Birbaşa uçuşların həyata keçirildiyi ölkələr arasında Türkiyə, Birləşmiş Ərəb Əmirlikləri, Misir, Çin, Tailand, Serbiya, Hindistan və Vyetnam da yer alır.
ATOR bildirib ki, yanacaq qiymətlərinin artması və geosiyasi böhran səbəbindən Kuba və Venesuela istiqamətləri yay cədvəlindən çıxarılıb.