Azərbaycan Premyer Liqasında XXX turun oyunlarına start verilir

Azərbaycan Premyer Liqasında XXX turun oyunlarına start verilir

DÜNYA
381

Fins.az - Bu gün Azərbaycan Premyer Liqasında XXX turun oyunlarına start verilir.

İlk oyun günündə iki qarşılaşma keçiriləcək. Saat 16:00-da Yevlax şəhər stadionunda Sumqayıt FK Kəpəz PFK komandasını qəbul edəcək. “Gənclər şəhəri”nin təmsilçisi 38 xalla 7-ci, Gəncə klubu isə 21 xalla 10-cu pillədə qərarlaşıb.

Saat 18:30-da isə Araz-Naxçıvan PFK İmişli FK ilə Sumqayıtdakı SOCAR Polymer Arenada üz-üzə gələcək. Naxçıvan təmsilçisi 40 xalla 6-cı, qonaqlar isə 29 xalla 9-cu sıradadır.

Turun oyunları mayın 4-də başa çatacaq.

OXŞAR XƏBƏRLƏR

Yüklənir...
Xəbər lenti
Yüklənir...
Azərbaycan Premyer Liqasında XXX turun oyunlarına start verilir — Fins.az — Fins.az