Azərbaycan nümayəndə heyəti II İliyanın dəfn mərasimi üçün Tbilisidədir

Azərbaycan nümayəndə heyəti II İliyanın dəfn mərasimi üçün Tbilisidədir

DÜNYA
323

Fins.az - Azərbaycan Respublikası Milli Məclisinin sədri Sahibə Qafarovanın rəhbərlik etdiyi nümayəndə heyəti Bütün Gürcüstanın Katolikos-Patriarxı II İliyanın dəfn mərasimində iştirak etmək üçün Tbilisiyə səfər edib.

Nümayəndə heyətinin tərkibində Qafqaz Müsəlmanları İdarəsinin sədri Allahşükür Paşazadə və Azərbaycan Respublikası Baş nazirinin müavini Samir Şərifov da yer alır.

Səfər çərçivəsində Azərbaycan nümayəndə heyəti mərasimdə iştirak edərək Azərbaycan xalqının dərin hüzn və ehtiramını gürcü xalqına çatdıracaq.

Qeyd edək ki, II İliya martın 17-də 93 yaşında vəfat edib və bununla əlaqədar Gürcüstanda matəm elan olunub. Vida mərasimi Müqəddəs Üçlük Katedralından Sioni Katedralına qədər yürüşlə müşayiət olunacaq.

OXŞAR XƏBƏRLƏR

Yüklənir...
Xəbər lenti
Yüklənir...
Azərbaycan nümayəndə heyəti II İliyanın dəfn mərasimi üçün Tbilisidədir — Fins.az — Fins.az