
Azərbaycan milli komandasının heyətində dəyişiklik edilib
Fins.az - Avstriyada təlim-məşq toplanışında olan Azərbaycan milli komandasının heyətində dəyişiklik edilib.
Bu barədə AFFA-dan məlumat verilib.
Bildirilib ki, futbolçular Anton Krivotsyuk və Abdulla Xaybulayev milli komandanın heyətindən çıxarılıblar.
Qərarın səbəbləri barədə əlavə məlumat verilməyib. Hazırda komanda toplanış çərçivəsində hazırlıqlarını davam etdirir.