Azərbaycan karateçisi Avropa çempionu olub

Azərbaycan karateçisi Avropa çempionu olub

DÜNYA
384

Fins.az - Rumıniyada keçirilən Fudokan karate üzrə 28-ci Avropa çempionatında Azərbaycan təmsilçisi Babək Qələmzadə böyük uğura imza atıb.

Karateçimiz böyüklər arasında mütləq çəki dərəcəsində qalib gələrək Avropa çempionu titulunu qazanıb.

Azərbaycan komandası yarışda Gənclər və İdman Nazirliyinin dəstəyi ilə iştirak edir. Yığma komanda nümayəndə Vüsal Abdullazadə və baş məşqçi Bəşir Mahmudovun rəhbərliyi altında çıxış edir.

Qeyd edək ki, Avropa çempionatı və yeniyetmə-gənclər arasında Avropa kuboku yarışları mayın 10-da başa çatacaq. Hazırda digər azərbaycanlı karateçilər də medal uğrunda mübarizəni davam etdirirlər.

OXŞAR XƏBƏRLƏR

Yüklənir...
Xəbər lenti
Yüklənir...
Azərbaycan karateçisi Avropa çempionu olub — Fins.az — Fins.az